"Barselona" Messi ilə bağlı apellyasiya şikayəti verəcək

"Barselona" Messi ilə bağlı apellyasiya şikayəti verəcək İspaniya "Barselona"sı kapitanı Lionel Messinin 2 oyunluq diskvalifikasiya qərarı ilə barışmaq fikrində deyil.
Futbol
19 Yanvar , 2021 19:02
Barselona Messi ilə bağlı apellyasiya şikayəti verəcək
Lionel Messi

İspaniya "Barselona"sı kapitanı Lionel Messinin 2 oyunluq diskvalifikasiya qərarı ilə barışmaq fikrində deyil.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Kataloniya təmsilçisi argentinalı hücumçunun cəzası ilə bağlı apellyasiya şikayəti verəcək.

35 yaşlı forvard İspaniya superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurduğu üçün qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. "Atletik" görüşün əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Lionel Messi kubokda "Kornella" və La Liqada "Elçe" ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi