"Barselona" maliyyə problemlərinə görə qapıçısını sata bilər

"Barselona" maliyyə problemlərinə görə qapıçısını sata bilər İspaniyanın "Barselona" klubu qapıçısı Mark-Andre ter Ştegeni satmağı nəzərdən keçirir.
Futbol
3 Noyabr , 2020 18:32
Barselona maliyyə problemlərinə görə qapıçısını sata bilər

İspaniyanın "Barselona" klubu qapıçısı Mark-Andre ter Ştegeni satmağı nəzərdən keçirir.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə Almaniyanın "Bavariya" klubu maraqlanır.

Münhen təmsilçisi almaniyalı oyunçunun əsas qapıçı Manuel Noyeri uzun müddət əvəzləyəcəyini düşünür. Kataloniya klubu bu keçid üçün 80 milyon avro tələb edə bilər.

"Barselona"nın artan maddi çətinliklər və böyük maaşlar fonunda Mark-Andre ter Ştegeni satacağı ehtimal edilir.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da oynayır.

Son xəbərlər

Orphus sistemi