Bakı. 9 mart. REPORT.AZ/ Martın 8-də İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Barselona" "Rayo Valekano"nu qəbul edib.
"Report" xəbər verir ki, Kataloniyanın "Kamp Nou" stadionunda keçən görüş ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
"Real"ın ötən gün "Atletik"ə məğlubiyyətindən sonra kataloniyalıların liderliyə yüksəlmək şansları yaranıb və bundan məharətlə istifadə edə biliblər.
Matçda Luis Suares dubl etdiyi hlda, Messi het-trikə imza ataraq bombardirlər siyahısında Kriştianu Ronalduya çatıb - 30 qol. Katalonların daha bir qolunu Jerar Pike vurub. Rəqibin təsəlli qoluna 81-ci dəqiqədə Bueno imza atıb.
Messi həm də, het-triklərinin sayını 35-ə çatdıraraq İspaniya çempionatlarında yeni rekord müəyyən edib
"Barselona" oyunun nəticəsinə görə 1 xal fərqi ilə (62 xal) liderliyə yüksəlib.
İspaniya çempionatı. 26-cı tur
"Barselona" – "Rayo Valekano" – 6:1 (1:0)
Qollar: Suares, 5, 90, Pike, 49, Messi, 56, 63, 68 – Bueno, 81.