"Barselona" klubun ofisində axtarış aparıldığını təsdiqlədi

"Barselona" klubun ofisində axtarış aparıldığını təsdiqlədi Bartomeu 2020-ci ilin oktyabrında istefa verib
Futbol
1 Mart , 2021 18:19
Barselona klubun ofisində axtarış aparıldığını təsdiqlədi

İspaniya "Barselona"sı polislər tərəfindən klubun "Kamp Nou" stadionundakı ofisində axtarış aparılması ilə bağlı bəyanat yayıb.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi faktı təsdiqləyib.

Bildirilib ki, klub axtarış zamanı istintaq əməkdaşlarına hərtərəfli köməklik göstərib, tələb olunan bütün məlumatlar və sənədlər tam şəkildə təmin edilib.

Qeyd edək ki, "Barselona"nın sabiq prezidenti Jozep Bartomeu bu gün səhər saatlarında həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham edilir. Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də saxlanılıb.

Bartomeu 2020-ci ilin oktyabrında istefa verib.

Son xəbərlər

Orphus sistemi