"Barselona" İspaniya Kubokunun yarımfinalına çıxıb

"Barselona" İspaniya Kubokunun yarımfinalına çıxıb "Qranada" İspaniya Kuboku finalının 1/4 matçında "Barselona"ya məğlub olub.
Futbol
4 Fevral , 2021 02:56
Barselona İspaniya Kubokunun yarımfinalına çıxıb

"Qranada" İspaniya Kubokunun 1/4 final matçında "Barselona"ya məğlub olub.

“Report” xəbər verir ki, görüş Qranadadakı "Los-Karmenes" stadionunda keçirilib və qonaqların 5:3 hesablı qələbəsi ilə qurtarıb.

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb - "Qranada"nın yarımmüdafiəçisi Kenedi fərqlənib. Meydan sahiblərinin ikinci qolunu Roberto Soldado (47) vurub.

Qonaqlar 88-ci dəqiqədə bu qollardan birinin əvəzini çıxıblar - Antuan Qrizmann fərqlənib. Əlavə olunmuş vaxtda Jordi Alba (90+2) hesabı bərabərləşdirib.

Lakin “Barselona” bununla kifayətlənməyib. Matçın 100-cü dəqiqəsində Qrizmann dubl edərək komandasını hesabda önə çıxarıb. Üç dəqiqə sonra görüşün baş hakimi "Barselona"nın qapısına penalti təyin edib: Fede Viko (103) 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. Matçın 108-ci dəqiqəsində Frenki De Yonq yenidən "Barselona"nı hesabda irəli çıxarıb. Matçda son nöqtəni Alba (113) qoyub – 5:3.

Beləliklə, "Barselona" İspaniya Kubokunun yarımfinalına çıxıb, "Qranada" isə yarışda iştirakını başa vurub.

Son xəbərlər

Orphus sistemi