"Barselona" iflas həddində: Messi satıla bilər

"Barselona" iflas həddində: Messi satıla bilər İspaniyanın "Barselona" klubu ciddi maliyyə problemi ilə üzləşib.
Futbol
4 Dekabr , 2020 17:56
Barselona iflas həddində: Messi satıla bilər
Lionel Messi

İspaniyanın "Barselona" klubu ciddi maliyyə problemi ilə üzləşib.

"Report"un məlumatına görə, bu barədə Kataloniya təmsilçisində prezident vəzifəsini müvəqqəti icra edən Karles Tusqets "Rac 1" telekanalına müsahibəsində deyib.

Klub rəsmisi vəziyyətdən çıxış yolu kimi Lionel Messinin satılmasının tərəfdarı olduğunu bildirib: "Amma bunun üçün məşqçilər heyəti ilə danışmaq lazımdır. Bu mövsüm üçün problem həll olunub. Oyunçular yanvar ayının maaşlarını almayacaqlar. Amma hazırda xərclərimiz inanılmaz dərəcədə çoxdur. Olduqca qorxulu mənzərə ilə üz-üzəyik. Lakin stadionlar açıldıqdan sonra vəziyyəti düzəldə bilərik".

Tusqets Fransanın PSJ komandasında çıxış edən Neymarın yenidən transfer edilməsi məsələsinə də toxunub: "Bu keçid yalnız havayı olarsa, baş tuta bilər. Ya da ki, yeni prezidentin sehrli çubuğu olmalıdır".

Qeyd edək ki, "Barselona"da prezident seçkiləri 2021-ci il yanvarın 24-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi