"Barselona" hücumçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
  • 14 iyul, 2022
  • 09:41
Barselona hücumçusu ilə müqavilənin müddətini uzadıb

İspaniyanın "Barselona" klubu futbolçusu Usman Dembele ilə müqavilənin müddətini uzadıb.

"Report" Kataloniya təmsilçisinin tviter hesabına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. Forvard 2018-ci ildə Fransa millisi ilə dünya çempionatının qalibi olub.