"Barselona" futbolçusu ilə razılığa gəldi

"Barselona" futbolçusu ilə razılığa gəldi Tərəflər hazırda bəzi xırda detalları müzakirə edir
Futbol
10 Aprel , 2021 10:12
Barselona futbolçusu ilə razılığa gəldi

İspaniyanın "Barselona" klubu futbolçusu Usman Dembelenin müqaviləsinin müddətini uzadacaq.

"Report" ESPN-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı hücumçu ilə yeni sözləşmə imzalamaq barədə razılığa gəlib.

Tərəflər hazırda bəzi xırda detalları müzakirə edir.

Qeyd edək ki, Usman Dembelenin klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır. Fransalı oyunçu cari mövsüm 36 oyuna çıxıb, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi