"Barselona" fransalı futbolçu üçün 130 milyon avrodan çox pul ödədi

"Barselona" fransalı futbolçu üçün 130 milyon avrodan çox pul ödədi İspaniyanın "Barselona" klubu futbolçusu Usman Demele üçün Almaniya "Borussiya"sına (Dortmund) əlavə 5 milyon avro ödəyib.
Futbol
24 Noyabr , 2020 11:25
Barselona fransalı futbolçu üçün 130 milyon avrodan çox pul ödədi
Usman Dembele

İspaniyası "Barselona"sı futbolçusu Usman Demele üçün Almaniyanın "Borussiya" (Dortmund) klubuna əlavə 5 milyon avro ödəyib.

"Report" "Kicker"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin 23 yaşlı hücumçu üçün qarşı tərəfə ödədiyi məbləğ 130 milyon avronu keçib.

Klublar arasındakı razılaşmaya əsasən, "Barselona" Dembelenin 25, 50, 75 və 100-cü rəsmi oyununa görə Dortmund klubuna 5 milyon avro ödəməlidir.

Eyni zamanda, razılaşmada alman klubunun lehinə müxtəlif bonus ödənişləri təyin edilib.

Qeyd edək ki, 2017-ci ildə 105 milyon avro qarşılığında "Barselona"ya keçən Usman Dembele bu vaxta qədər 83 matçda 22 qol vurub.

Son xəbərlər

Orphus sistemi