"Barselona" Erlinq Holannın transferi məsələsinə aydınlıq gətirdi

"Barselona" Erlinq Holannın transferi məsələsinə aydınlıq gətirdi İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Ronald Kuman "Borussiya" (Dortmund, Almaniya) komandasının futbolçusu Erlinq Holannın mümkün transferi haqqında suala cavab verib
Futbol
21 Mart , 2021 05:17
Barselona Erlinq Holannın transferi məsələsinə aydınlıq gətirdi
Erlinq Holann

İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Ronald Kuman "Borussiya" (Dortmund, Almaniya) komandasının futbolçusu Erlinq Holannın mümkün transferi haqqında suala cavab verib.

“Report”un məlumatına görə, bu barədə “Goal” bildirib.

"Onun klubuna hörmət etdiyimə görə indi bizim olmayan oyunçu haqqında danışmaq vaxtı deyil. Transferlər haqqında danışıqlar xoşuma gəlmir. Mən diqqəti sabahkı oyuna yönəltməliyəm", - Kuman deyib.

Holann cari mövsümdə 29 matç keçirib və 30 qol vurub. Oyunçu ilə İngiltərənin "Mançester Siti", Turinin "Yuventus" komandaları, “Real Madrid” və Fransa PSJ-si yaxından maraqlanırlar.

Son xəbərlər

Orphus sistemi