"Barselona" - "Dinamo" matçı ləğv oluna bilər

"Barselona" - "Dinamo" matçı ləğv oluna bilər UEFA Çempionlar Liqasının G qrupunun III turunda İspaniya "Barselona"sı ilə Ukrayna "Dinamo"su (Kiyev) arasında oyun baş tutmaya bilər.
Futbol
3 Noyabr , 2020 17:49
Barselona - Dinamo matçı ləğv oluna bilər

UEFA Çempionlar Liqasının G qrupunun III turunda İspaniya "Barselona"sı ilə Ukrayna "Dinamo"su (Kiyev) arasında oyun baş tutmaya bilər.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Kiyev təmsilçisində koronavirusa kütləvi yoluxma halının aşkarlanmasıdır.

UEFA-nın açıqladığı yeni qaydalara görə, matçın keçirilməsi üçün komandada biri qapıçı olmaqla, ən azı 13 əsas heyət üzvü yer almalıdır. Qonaqlar səfər qarşılaşmasına 13 futbolçu ilə yollansalar da, onların arasında əsas komandadakı qolkiperlərin heç biri yoxdur. Bu mənada görüşün keçirilməsi sual altındadır.

Digər tərəfdən, 13 futbolçudan hər hansı biri infeksiyaya yoluxarsa, oyun mütləq ləğv olunacaq.

Qeyd edək ki, noyabrın 4-də oynanılacaq matç Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi