"Barselona" Dieqo Kostanı transfer etmək istəyir

"Barselona" Dieqo Kostanı transfer etmək istəyir "Atletiko" (Madrid) klubunun sabiq futbolçusu Dieqo Kosta karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Futbol
30 Yanvar , 2022 15:56
Barselona Dieqo Kostanı transfer etmək istəyir

"Atletiko" (Madrid) klubunun sabiq futbolçusu Dieqo Kosta karyerasını yenidən İspaniyada davam etdirə bilər.

"Report" "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" 34 yaşlı oyunçunu heyətinə cəlb etmək niyyətindədir.

Hücum mövqeyini gücləndirmək istəyən Kataloniya təmsilçisi daha əvvəl İtaliya "Yuventus"unda çıxış edən Alvaro Moratanı ala bilməyib. Klub rəhbərliyi bu səbəbdən Kostaya yönəlib. "Barselona" həmçinin İngiltərə "Arsenal"ının forvardı Pyer-Emerik Obameyanqın transferi üzərində işləyir.

Qeyd edək ki, Dieqo Kosta son olaraq Braziliyanın "Atletiko Mineyro" komandasının formasını geyinib. A Seriyasının və ölkə kubokunun sahibi olan təcürəli hücumçu 19 matçda 5 qol vurub. Braziliyalı oyunçu 2010 - 2014 və 2018 - 2020-ci illərdə Madrid təmsilçisinin uğurları üçün çalışıb.

Son xəbərlər

Orphus sistemi