İspaniya "Barselona"sında pandemiya ilə bağlı yaranmış maliyyə böhranı komanda daxilində vəziyyəti gərginləşdirib.
"Report" "Sport" nəşrinə istinadən xəbər verir ki, bir yandan futbolçuların maaşlarını azaldan rəhbərliyin digər tərəfdən yeni transferlər həyata keçirməsi narazılığı pik həddə çatdırıb.
Oyunçular klubun düşdüyü durumu anlayışla qarşılasalar da, klubun transfer bazarındakı fəallığı onları razı salmır. Futbolçular bunu düzgün addım hesab etmirlər. Çünki məvaciblərin azaldılmasına baxmayaraq, Kataloniya təmsilçisi bu yay artıq heyətini 4 futbolçu ilə gücləndirib. Bunlar Serxio Aquero, Memfis Depay, Erik Qarsiya və Emersondur.
Oyunçular klubun maddi itkiləri necə kompensasiya edəcəyini anlamaq istəyirlər. İddiaya görə, "Barselona" futbolçuların əmək haqqını hissə-hissə ödənişlərlə vermək niyyətindədir.