"Barselona"da klub prezidenti seçkisinin vaxtı açıqlandı

"Barselona"da klub prezidenti seçkisinin vaxtı açıqlandı İspaniyanın "Barselona" klubunda prezident seçkisi 24 yanvar 2021-ci ildə keçiriləcək.
Futbol
585
1 Dekabr , 2020 00:25
Barselonada klub prezidenti seçkisinin vaxtı açıqlandı
0 : 00
0 : 00

İspaniyanın "Barselona" klubunda prezident seçkisi 24 yanvar 2021-ci ildə keçiriləcək.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, imza toplanılma prosesi 23 dekabr - 11 yanvarda olacaq. Bu məqsədlə "Nou Kamp" stadionu da daxil olmaqla, 10 məntəqə quraşdırılacaq.

14 dekabra nəzərdə tutulan idarəetmə komissiyasının iclasında seçki proseduru təsdiqlənəcək və 16 oktyabrda rəsmən elan veriləcək.

Seçki kampaniyası 15 - 22 yanvarda keçiriləcək.

Qeyd edək ki, "Barselona"da klub prezidenti postu Jozep Bartomeunun istefasından sonra vakant qalıb.

Son xəbərlər

Orphus sistemi