"Barselona"da çıxış edən hücumçu Niderland klubuna keçib

Futbol
  • 02 iyul, 2022
  • 05:05
Barselonada çıxış edən hücumçu Niderland klubuna keçib

Ötən mövsüm icarə əsasında İspaniya "Barselona"sında çıxış edən "Sevilya"nın futbolçusu Lük de Yonqun yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu Niderlandın PSV komandasında çıxış edəcək.

Eyndhoven təmsilçisində tibbi müayinədən keçən niderlandlı forvardla yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Lük de Yonq 2014 - 2019-cu illərdə də PSV-nin formasını geyinib.

44 filmi