"Barselona" ÇL-də 500 qol vuran ikinci komanda olub

"Barselona" ÇL-də 500 qol vuran ikinci komanda olub Daha əvvəl bu göstəriciyə "Real" nail olub
Futbol
2 May , 2019 05:45
Barselona ÇL-də 500 qol vuran ikinci komanda olub

"Barselona"nın forvardı Luis Suaresin Çempionlar Liqasının ½ finalının birinci oyununda "Liverpul"un qapısına vurduğu qol klub üçün turnirdə 500-cü olub.

"Report" "Squawka" nəşrinə istinadən xəbər verir ki, "göy-qırmızılar" bu nailiyyəti əldə edən ikinci komanda olublar.

Kataloniyalılardan əvvəl bu göstəricini "Real" klubu aşıb. Hazırda Madrid klubunun hesabında turrində vurulan 551 qol var. "Barselona" isə 502 qolla ikincidir.

Son xəbərlər

Orphus sistemi