"Barselona" "Çelsi"nin kapitanının transferi ilə bağlı razılıq əldə edib

"Barselona" "Çelsi"nin kapitanının transferi ilə bağlı razılıq əldə edib İspaniya "Barselona"sı İngiltərənin "Çelsi" komandasının futbolçusu Sesar Aspilikuetanın transferi ilə əlaqədar prinsipial anlaşma əldə edib.
Futbol
20 İyul , 2022 09:27
Barselona Çelsinin kapitanının transferi ilə bağlı razılıq əldə edib

İspaniya "Barselona"sı İngiltərənin "Çelsi" komandasının futbolçusu Sesar Aspilikuetanın transferi ilə əlaqədar prinsipial anlaşma əldə edib.

"Report"un "Sport.es"ə istinadən məlumatına görə, klublar sözləşmənin bütün detallarını öz aralarında razılaşdırıblar. Kataloniya təmsilçisi 33 yaşlı müdafiəçidən ötrü 5 milyon avro ödəyəcək.

Aspilikueta "Çelsi"nin heyətində 474 oyuna 17 qol və 55 məhsuldar ötürmə müəllifi olub. Kapitan "zadəganlar"la Çempionlar Liqası, Avropa Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi, habelə, ikiqat İngiltərə çempionu olub.

Qeyd edək ki, daha əvvəl "Barselona" Sesar Aspilikuetanı azad agent kimi heyətinə qatmaq istəyib. Lakin futbolçunun "Çelsi" ilə müqaviəsi mövsüm ərzində 30 oyun keçirdiyi üçün avtomatik uzadılıb.

Son xəbərlər

Orphus sistemi