“Barselona” Braziliya millisinin futbolçusu üçün 40 milyon avro ödəyəcək

Futbol
  • 14 avqust, 2017
  • 08:06
“Barselona” Braziliya millisinin futbolçusu üçün 40 milyon avro ödəyəcək

Bakı. 14 avqust. REPORT.AZ/ Braziliya milli komandasının və Çinin “Qunaçjou Everqrand” klubunun futbolçusu Paulinyo karyerasını İspaniya “Barselona”sında davam etdirəcək.

“Report” sport.es saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi avqustun 17-də Kataloniya təmsilçisi ilə müqavilə bağlayacaq. Məlumatı Çin komandasının baş məşqçisi Luis Felipe Skolari də təsdiqləyib.

“Barselona”nın Paulinyo üçün “Qunaçjou Everqrand”a 40 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, 2013 - 2015-ci illərdə İngiltərənin “Tottenhem” klubunda çıxış etmiş Paulinyo Çinə 17 milyon avro qarşılığında yollanıb. O, “Qunaçjou Everqrand”ın heyətində 54 oyuna 14 qol vurub.

44 - Tezliklə