"Barselona" "Liverpul"un hücumçusuna təklif göndərib

"Barselona" "Liverpul"un hücumçusuna təklif göndərib İngiltərənin "Liverpul" klubunun futbolçusu Divok Oriji karyerasını İspaniyada davam etdirə bilər
Futbol
8 Oktyabr , 2021 12:27
Barselona Liverpulun hücumçusuna təklif göndərib
Divok Oriji

İngiltərənin "Liverpul" klubunun futbolçusu Divok Oriji karyerasını İspaniyada davam etdirə bilər.

"Report" "The Sun"a istinadən xəbər verir ki, "Barselona" 26 yaşlı hücumçu ilə maraqlanır.

Kataloniya təmsilçisi belçikalı forvarda təklif göndərib. Klub yanvarda Orijini heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Divok Orijinin "Liverpul"la müqaviləsi 2022-ci ildə başa çatacaq. O, cari mövsüm 4 oyunda meydanda olub, 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi