"Barselona" "Atletik"i minimal hesabla yenib

"Barselona" "Atletik"i minimal hesabla yenib İspaniya çempionatının 31-ci turunun matçında Barselona Atletikə 1:0 hesabı ilə qalib gəlib.
Futbol
24 İyun , 2020 02:17
Barselona Atletiki minimal hesabla yenib

İspaniya çempionatının 31-ci turunun matçında "Barselona" "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib.

"Report"un məlumatına görə, matç Barselonada keçirilib.

Qarşılaşmada yeganə qol 71-ci dəqiqədə vurulub. İvan Rakitiç Lionel Messinin ötürməsini qola çevirib.

"Barselona" 68 xal toplayaraq, "Real"ı 3 xal qabaqlayıb və İspaniya milli çempionatının yarış cədvəlində birinci yerə çıxıb. "Atletik" 42 xalla turnir cədvəlində 10-cu yerdədir.

Son xəbərlər

Orphus sistemi