“Barselona” “Atletiko” ilə heç-heçə etdi - VİDEO

“Barselona” “Atletiko” ilə heç-heçə etdi - VİDEO
Futbol
298
1 İyul , 2020 02:03
“Barselona” “Atletiko” ilə heç-heçə etdi - VİDEO

İspaniya La Liqasının 33-cü turu çərçivəsində “Barselona” Madrid “Atletiko”sunu qəbul edib.

“Report” xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesab 11-ci dəqiqədə açılıb. “Ateltiko”nun hücumçusu Diqeo Kosta avtoqola imza atıb. İlk qoldan səkkiz dəqiqə sonra baş hakim “Barselona”nın qapısına penalti təyin edib. Madrid komandasının yarımmüdafiəçisi Saul Niqes cərimə zərbəsini dəqiq yerinə yetirib.

İkinci hissənin 50-ci dəqiqəsində hücumçu Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə kataloniyalıları yenidən hesabda önə çıxarıb. Lakin 62-ci dəqiqədə Saul yenidən penaltini dəqiq yerinə yetirərək dubl edib. 

“Barselona” 70 xal toplayaraq turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Aktivində 59 xalı olan “Atletiko” turnir cədvəlində 3-cü yerdədir.

Qeyd edək ki, yarışın lideri 32 matçda 71 xal toplayan “Real Madrid”dir.