"Barselona" 38 yaşlı müdafiəçi ilə müqavilə imzalayıb

"Barselona" 38 yaşlı müdafiəçi ilə müqavilə imzalayıb İspaniya "Barselona"sı sabiq futbolçusu Daniel Alvesin keçidini həll edib.
Futbol
17 Noyabr , 2021 18:22
Barselona 38 yaşlı müdafiəçi ilə müqavilə imzalayıb

İspaniya "Barselona"sı sabiq futbolçusu Daniel Alveşin keçidini həll edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə sonradan 1 il uzadılmaq şərtilə cari mövsümün sonunadək müqavilə imzalanıb. "Kamp Nou" stadionunda gerçəkləşən tədbirdə 10 minə yaxın azarkeş iştirak edib.

38 yaşlı sol cinah oyunçusu Kataloniya təmsilçisinin heyətində 2022-ci ildə meydana çıxa biləcək.

Qeyd edək ki, Daniel Alveş daha əvvəl 2008 - 2016-cı illərdə "Barselona"nın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi