"Barselona" 17 yaşlı futbolçunu 50 milyon avroya transfer edə bilər

"Barselona" 17 yaşlı futbolçunu 50 milyon avroya transfer edə bilər Hücumçunun atası Kataloniya təmsilçisi ilə danışıqlar aparmaq üçün Barselonaya gedib
Futbol
5 May , 2018 12:03
Barselona 17 yaşlı futbolçunu 50 milyon avroya transfer edə bilər

Bakı. 5 may. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Braziliyanın "Santos" komandasının futbolçusu Rodriqo Silva de Qoisi transfer etməyi planlaşdırır.

"Report"un "Sport.es"ə istinadən verdiyi məlumata görə, 17 yaşlı hücumçunun atası Kataloniya təmsilçisi ilə danışıqlar aparmaq üçün Barselonaya gedib. 

Futbolçunu yaxından izləyən klub nümayəndələri onu istedadlı oyunçulardan hesab etməklə yanaşı, Neymarla da müqayisə edirlər. Onun klubu ilə müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. Gənc futbolçunu heyətinə qatmaq istəyən komanda ən azı 50 milyon avro ödəməlidir.

Qeyd edək ki, Rodriqo Silva de Qois əsas komandada 7 oyun keçirib və 2 qola imza atıb. O,  17 yaşadək futbolçulardan ibarət Braziliya millisində 4 oyunda 3 qol vurub. 

Son xəbərlər

Orphus sistemi