Barış Şimşek: "Əsas hədəf azərbaycanlı FIFA referilərinin daha yaxşı təyinatlar almasıdır"

Futbol
  • 03 avqust, 2022
  • 13:38
Barış Şimşek: Əsas hədəf azərbaycanlı FIFA referilərinin daha yaxşı təyinatlar almasıdır

"Mən də UEFA nümayəndəsiyəm. Orada hakimliyə cavabdeh şəxslərlə əlaqələrimiz var. Türkiyədə də həmin şəxslərlə birlikdə çalışmışıq. Ən önəmli məqsədlərimizdən biri FIFA referilərimizin UEFA-dan daha yaxşı təyinatlar almasıdır".

Bunu "Report"a müsahibəsində AFFA Hakimlər Komitəsinin yeni sədri Barış Şimşek azərbaycanlı FIFA referilərinin beynəlxalq oyunlara təyinat almaları barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis bildirib ki, referilərin işi analiz edildikdən sonra çatışmazlıqlar aradan qaldırılacaq: "Bu, çox önəmli hədəfdir. Onlar ölkəni təmsil edirlər. Daha yuxarılarda olmaları üçün bütün gücümüz və əlaqələrimizlə dəstək olacağıq. Buraya daha fərqli təlimçiləri gətirəcəyik ki, Azərbaycanda yaxşı hakimlərin olduğunu görsünlər. Əvvəlcə VAR sistemini yoluna qoyaq, sonrası daha gözəl olacaq".

Barış Şimşekin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti