Baqali Dabo: "Məqsədim bombardir yox, çempion olmaqdır" - MÜSAHİBƏ

Baqali Dabo: "Məqsədim bombardir yox, çempion olmaqdır" - MÜSAHİBƏ Bakı. 31 oktyabr. REPORT.AZ/ Neftçi” klubunun futbolçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib.
Futbol
31 Oktyabr , 2018 14:43
Baqali Dabo: Məqsədim bombardir yox, çempion olmaqdır - MÜSAHİBƏ
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Neftçi” klubunun futbolçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib.

"Report" həmin müsahibəni təqdim edir...

- Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ”ın qapısından keçirdiyiniz top sizin üçün əlamətdar oldu. Bu, sizin Azərbaycan çempionatlarında vurduğunuz 25-ci qol idi. Qolları sayırsınız?

- Xeyr, mən qollarımı yox, məhsuldar ötürmələrimi sayıram.

- Artıq bombardirlər siyahısında "Sabah”ın üzvü Marko Deviçlə 1-2-ci yerləri bölüşürsünüz. Bu barədə nə deyə bilərsiniz? 

- Bu, əladır, amma məqsədim çempionatın bombardiri olmaq deyil, "Neftçi” ilə çempion olmaqdır.

- "Qarabağ” üzərində qələbədən sonra eyforiyaya qapanmamaq çətindir?

- Əsla! Peşəkar futbolçuyuq, belə fikirlərdən uzaq olmalıyıq. Geridə cəmi 9 tur qalıb, çempionatın böyük hissəsi hələ qarşıdadır. Heç bir eyforiyadan söhbət gedə bilməz. İndi bütün fikirlərimiz "Keşlə” ilə oyuna yönəlib.

- "Gülümsəmirəmsə, o demək deyil ki, xoşbəxt deyiləm” sözlərini bu yaxınlarda demişdiniz və vurğulamışdınız ki, adətən qolları qeyd etmirsiniz. Buna baxmayaraq, "Qarabağ”a üçüncü qolu vuranda sevincinizin həddi-hüdudu yox idi. Bunun səbəbini bilmək olar?

- Düzü, qoldan bir neçə dəqiqə əvvəl rəqib "fair-play”ə uyğun oynamadı. Bu amil məni bir az əsəbiləşdirdi. Üstəlik, qol da vurdular. Bu oyunda, həm də o cür azarkeş dəstəyi altında bizi qələbədən başqa heç bir nəticə qane etməyəcəkdi. Qələbəyə layiq idik və üçüncü qol bütün suallara aydınlıq gətirdi. Ona görə də həmin an çox emosional idim.

- Sizcə, çempionluq uğrunda mübarizədə "Neftçi”nin əsas rəqibləri hansı klublardır?

- Məncə, bu mübarizədə əsas rəqiblərimiz "Qarabağ”, "Qəbələ” və "Sabah”dır.

Son xəbərlər

Orphus sistemi