“Baltsan”nın texniki direktoru "Keşlə"nin üstün cəhətlərini açıqlayıb

“Baltsan”nın texniki direktoru "Keşlə"nin üstün cəhətlərini açıqlayıb "Rəqib topa daha çox sahib olmağı sevməyən komandadır"
Futbol
12 İyul , 2018 11:28
“Baltsan”nın texniki direktoru Keşlənin üstün cəhətlərini açıqlayıb

Bakı. 12 iyul. REPORT.AZ/ “Avrokubok matçlarının bizim üçün heç vaxt asan olmadığını bilirik. Lakin düşərgəmizdə “Keşlə”yə böyük problem yaradacağımıza dair inam var. Komandanın hazırlığından çox razıyam”.

“Report”un məlumatına görə, bunu bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Azərbaycan təmsilçisi “Keşlə”ni qəbul edəcək Maltanın “Baltsan” klubunun texniki direktoru Vladimir Simoviç “Times of Malta”ya açıqlmasında deyib.

O, bildirib ki, “Keşlə”nin əsas üstünlüyü hava toplarındadır. Klub rəsmisinin fikrincə, Yuri Maksimovun rəhbərlik etdiyi kollektiv müdafiədən hücuma çıxanda çox təhlükəli olur: “Ötənilki heyəti qorumuşuq və yeni 6 oyunçumuz komandaya çox tez uyğunlaşdı. Ona görə də vəziyyət pozitiv görünür. Ümid edirəm ki, qələbə qazanmaq üçün ideal oyun nümayiş etdirəcəyik. Baş məşqçimiz Marko Miçoviç “Keşlə”nin oyun tərzini diqqətlə analiz edə bilib. Əldə olunan məlumatlardan belə görünür ki, “Baltsan” rəqib futbolçuların hava toplarındakı ustalığına qarşı ehtiyatlı olmalıdır. Rəqib topa daha çox sahib olmağı sevməyən komandadır. Onların əsas qabiliyyətləti hücumların qarşısını almağı bacarmalarıdır. Müdafiədən hücuma çıxanda çox təhlükəli olurlar. Biz çox ehtiyyatlı davranmalıyıq. Hava toplarında çox güclüdürlər. Onlar ötən mövsüm vurduqları 29 qoldan 16-nı standart vəziyyətdən reallaşdırıblar. Belə vəziyyətlərdə konsentrasiyanı qorumaq çox vacibdir”.

Qeyd edək ki, "Keşlə" "Baltsan"la ilk oyunu bu gün Maltanın Ta Qali şəhərindəki "Centenary" stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab görüşü isə iyulun 19-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi