Balkan ölkələri DÇ-2030-u birgə təşkil etmək istəyir

Balkan ölkələri DÇ-2030-u birgə təşkil etmək istəyir Bakı. 3 noyabr. REPORT.AZ/ Dörd Balkan ölkəsi futbol üzrə 2030-cu il dünya çempionatını birgə təşkil etmək istəyir.
Futbol
3 Noyabr , 2018 12:41
Balkan ölkələri DÇ-2030-u birgə təşkil etmək istəyir

Bakı. 3 noyabr. REPORT.AZ/ Dörd Balkan ölkəsi futbol üzrə 2030-cu il dünya çempionatını birgə təşkil etmək istəyir.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, söhbət Bolqarıstan, Yunanıstan, Rumıniya və Serbiyadan gedir. Bu ölkələrin baş nazirlərinin Varna şəhərində mundiala birgə ev sahibliyi ilə bağlı məsələni müzakirə etdikləri bildirilir.

DÇ-2030-u birgə keçirməkdə Cənubi Amerikanın 3 ölkəsi – Argentina, Paraqvay və Uruqvay da maraqlıdır. Bu mundial Uruqvayda baş tutan ilk dünya çempionatının 100 illiyinə təsadüf edəcəyi üçün sözügedən dövlətlər daha şanslı görünür.

Həmçinin İngiltərə də Şotlandiya, Uels, İrlandiya və Şimali İrlandiya ilə birgə DÇ-2030-a ev sahibliyi etmək istəyir.

Qeyd edək ki, DÇ-2022 Qətərdə keçiriləcək. İlk dəfə 48 ölkənin qatılacağı DÇ-2026-ya isə Meksika, ABŞ və Kanada müştərək ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi