Bakının "İnter" komandası Avropa Liqasında İspaniya "Atletik"i ilə qarşılaşıb - VİDEO

Bakının "İnter" komandası Avropa Liqasında İspaniya "Atletik"i ilə qarşılaşıb - VİDEO Cavab görüşü avqustun 6-da Bakıdakı təşkil olunacaq
Futbol
105
31 İyul , 2015 01:39
Bakının İnter komandası Avropa Liqasında İspaniya Atletiki ilə qarşılaşıb - VİDEO

Bakı. 31 iyul. REPORT.AZ/ Bakının "İnter" komandası İspaniya "Atletik"i ilə futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyununu keçirib. "Report"un məlumatına görə, Bilbaodakı "San Mames" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Hər iki qolu Xavyer Eraso vurub. O, 12-ci və 49-cu dəqiqələrdə fərqlənib. Bununla da "İnter" Avroliqada 2015-2016-cı il mövsümündə ilk dəfə meydanı məğlubiyyətlə tərk edib. "Atletik" isə qitəmiqyaslı yarışa inamlı qələbə ilə başlayıb.

Qeyd edək ki, cavab görüşü avqustun 6-da Bakıdakı "İnter Arena"da təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi