Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün "İnter Arena"da "İnter" ilk 10 ilin izi ilə" kitabının təqdimatı keçirilib. "Report"un məlumatına görə, mərasimdə "İnter" klubunun prezidenti Georgi Nikolov, klub rəsmiləri və KİV nümayəndələri iştirak edib.
"İnter"in 10 illik yubileyinə həsr olunmuş kitabda klubun tarixindən, uğurlarından bəhs edilib. Bundan əlavə kitabda klubun fəxri prezidenti Cahangir Hacıyev və prezident Georgi Nikolovun maraqlı müsahibələri yer alıb. Əsərin müəllifi klubun mətbuat katibi Səbuhi Məmmədov və Aleksey Barvinskidir. S.Məmmədov kitabın 8 aya ərsəyə gəldiyini bildirib.