Danimarka millisinin futbolçusunda xroniki xəstəlik aşkarlanıb

Danimarka millisinin futbolçusunda xroniki xəstəlik aşkarlanıb Danimarka millisinin və Fransanın "Nitsa" klubunun futbolçusu Kasper Dolberqə birinci dərəcəli şəkərli diabet diaqnozu qoyulub.
Futbol
367
9 Noyabr , 2021 00:00
Danimarka millisinin futbolçusunda xroniki xəstəlik aşkarlanıb

Danimarka millisinin və Fransanın "Nitsa" klubunun futbolçusu Kasper Dolberqə birinci dərəcəli şəkərli diabet diaqnozu qoyulub.

"Report"un məlumatına görə, bu barədə 24 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.

Oyunçu bu səbəbdən Farer adaları və Şotlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə matçlarını buraxacaq.

O, düzgün müalicə sayəsində xəstəliyin karyerasına təsir etməyəcəyini bildirib.

Qeyd edək ki, Kasper Dolberq Danimarka millisinin Bakı Olimpiya Stadionunda Çexiyanı 2:1 hesabı ilə məğlub etdiyi AVRO-2020-nin 1/4 final oyununda qol vurub. Futbolçu matçın 42-ci dəqiqəsində fərqlənib.

Son xəbərlər

Orphus sistemi