“Şerif”in baş məşqçisi: “Bakıda heç-heçə oynamaq də bizi qane edəcək”

“Şerif”in baş məşqçisi: “Bakıda heç-heçə oynamaq də bizi qane edəcək” "İlk oyunu evdə oynamağı “Qarabağ”ın üstünlüyüdür"
Futbol
24 İyul , 2017 19:52
“Şerif”in baş məşqçisi: “Bakıda heç-heçə oynamaq də bizi qane edəcək”

Bakı. 24 iyul. REPORT.AZ/ İyulun 25-də futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” komandası ilə qarşılaşacaq Moldova təmsilçisi “Şerif”in baş məşqçisi Roberto Bordin Bakıda mətbuat konfransı keçirib. “Report”un məlumatına görə, italiyalı mütəxəssis yerli jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ”ı cütün favoriti saymaq olar?

- İlk oyunu evdə oynamağı “Qarabağ”ın üstünlüyüdür. Bakıda heç-heçə oynamaq də bizi qane edəcək.

- Rəqibiniz barədə nə deyə bilərsiniz?

- "Qarabağ" çox güclü komandadır. Topla oynamağı yaxşı bacarırlar. Oyunçuları fərdi şəkildə qeyd etmək istəməzdim.

- Rəqibə sürpriziniz var?

- Bunu sabah görəcəyik (gülür)

- Adətən, rəqiblər Bakıdakı isti hava şəraitindən şikayətlənirlər?

- Tiraspolda da isti havada oynayırıq. Belə olsa, hər iki komanda üçün çətinlik yarada bilər. Bildiyimiz qədər sabah hava küləkli olmalıdır.

- Ölkə çempionatının sonuncu turunda heç-heçə etməyiniz bu matça mənfi təsir edəcək?

- Son dəqiqələrdə qol buraxdıq. Lakin bu “Qarabağ”la oyuna təsir göstərməyəcək.

Son xəbərlər

Orphus sistemi