Bakıda anadan olmuş erməni futbolçu ölüb

Bakıda anadan olmuş erməni futbolçu ölüb Ermənistanın tanınmış futbolçusu, 1947-ci ildə Bakıda anadan olmuş Arkadi Andreasyan 73 yaşında Yerevanda ölüb.
Futbol
23 Dekabr , 2020 12:51
Bakıda anadan olmuş erməni futbolçu ölüb
Arkadi Andreasyan

Ermənistanın tanınmış sabiq futbolçusu, 1947-ci ildə Bakıda anadan olmuş Arkadi Andreasyan Yerevanda ölüb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

İlkin məlumata görə, o, ürək çatışmazlığı səbəbindən 73 yaşında dünyasını dəyişib.

Andreasyan son illər siyasətlə məşğul olub, Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalarda iştirak edib.

Qeyd edək ki, Arkadi Andreasyan 1947-ci il avqustun 11-də Bakıda anadan olub. Bakının “Neftyanik” (hazırkı "Neftçi") klubunun yetirməsidir. Andreasyan Yerevanın “Ararat” futbol klubunun vitse-prezidenti idi. Keçmiş SSRİ yığmasının tərkibində Olimpiadanın bürünc mükafatını alıb.

Son xəbərlər

Orphus sistemi