Bakı. 28 fevral. REPORT.AZ/ Bakı Olimpiya Stadionunun (BOS) fevral ayı üçün statistikası açıqlanıb.
İdman qurğusunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 28 gün ərzində 5 müxtəlif komanda BOS-da məşq edib. Ümumilikdə 57 məşq prosesi baş tutub.
Arenanın mini-meydanlarında 300 saatdan çox futbol oynanılıb. Ay ərzində 31 nəfər tur iştirakçısı olub.
Qeyd edək ki, 6 mart 2015-ci ildə istismara verilən BOS 68700 tamaşaçı tutumuna malikdir.