Bakı Olimpiya Stadionunda "Xəzridən Xəzriyə" filmi təqdim olunub

Bakı Olimpiya Stadionunda "Xəzridən Xəzriyə" filmi təqdim olunub Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı Olimpiya stadionunda CBC Sport televiziya kanalının çəkdiyi Xəzridən Xəzriyə” filminin təqdimat mərasimi keçirilib.
Futbol
11 Noyabr , 2017 14:40
Bakı Olimpiya Stadionunda Xəzridən Xəzriyə filmi təqdim olunub

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı Olimpiya stadionunda CBC Sport televiziya kanalının çəkdiyi "Xəzridən Xəzriyə” filminin təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, telekanalın rəhbəri Volkan Üst, veteran futbolçular, jurnalistlər və digər qonaqlar iştirak ediblər. Film vaxtilə Azərbaycan çempionatında mübarizə aparmış, Azərbaycanı UEFA Kubokunda təmsil etmiş Buzovnanın "Xəzri” klubuna həsr olunub. Yaradıcılıq işində klubun yaradılması, keçdiyi yol, Azərbaycan çempionatında əldə etdiyi nailiyyət və avrokubokdakı çıxışı, fəaliyyətini dayandırmasına səbəb olan Azərbaycan Kubokunun finalındakı kobud səhv və digər məqamlar barədə danışılıb. 

Komandanın keçmiş futbolçuları, baş məşqçisi Nadir Qasımov, buzovnalı azarkeşlərin bölüşdükləri xatirələr, məzəli və kədərli əhvalatlar tamaşaçıların marağı ilə qarşılanıb. "Xəzri"nin oyunlarından, çempionatda 1996-1997 mövsümünü mükafatçılar sırasında bitirdikdən sonra yaşananlardan, eləcə də Buzovna qəsəbə stadionunun hazırkı durumundan görüntülər nümayiş etdirilib.

Nümayiş başa çatdıqdan sonra yaradıcı qrup ekran işinin ərsəyə gəlməsi barədə məlumat verib, "Xəzri” klubunun heyətində çıxış etmiş futbol veteranları isə minnətdarlığını bildirib.

Qeyd edək ki, sənədli filmin baş prodüseri Volkan Üst, ssenari müəllifi və quruluşçu rejissoru Azər Cavad Əliyev, müəllifi Əminə Kazımovadır.

Son xəbərlər

Orphus sistemi