Bakı Olimpiya Stadionu dünyanın 10 ən möhtəşəm arenası siyahısına daxil edilib

Bakı Olimpiya Stadionu dünyanın 10 ən möhtəşəm arenası siyahısına daxil edilib "The Telegraph" nəşrinin redaktoru Tofiq Bəhramovu rusiyalı yan xətt hakimi kimi qələmə verib
Futbol
27 Noyabr , 2014 17:56
Bakı Olimpiya Stadionu dünyanın 10 ən möhtəşəm arenası siyahısına daxil edilib

Bakı. 27 noyabr. REPORT.AZ/ İngiltərənin yüksək tirajlı "The Telegraph" qəzetinin redaktoru Adam Hurrey dünyanın nəhəng stadion layihələrini araşdırıb. "Report"un məlumatına görə, A.Hurrey 10 ən möhtəşəm arena siyahısına gələn il istifadəyə veriləcək Bakı Olimpiya Stadionunu da daxil edib. 

Bakının Böyükşor qəsəbəsində tikilən 68 min tamaşaçı tutumuna malik stadion siyahıda ikinci göstərilib. Birinci yerə İspaniyanın "Atletiko" klubunun 2017-ci ildə istifadəyə vermək istədiyi "Estadio La Peyneta" arenası layiq görülüb. 

Yazıda bildirilir ki, Bakı Olimpiya Stadionu Azərbaycan millisinin yeni ev arenası olacaq. Hazırda yığma rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edir. Amma müəllif T.Bəhramovu rusiyalı yan xətt hakimi kimi qələmə verib və 1966-cı il dünya çempionatının finalındakı hələ də müzakirə olunan qərarını xatırladıb. 

Məqalədə Bakı Olimpiya Stadionunun 2020-ci il Avropa çempionatında qrup mərhələsinin 3 oyununa və 1/4 final matçlarından birinə ev sahibliyi edəcəyi də vurğulanıb.  

Qeyd edək ki, qalan möhtəşəm stadionlar siyahısına "Zenit Arena" (Rusiya, "Zenit" Sankt-Peterburq, 2016), "Stad de Lumier" (Fransa, "Lion", 2015), "Alyans Park" (Braziliya, "Palmeyras", 2014), "Timsah Arena" (Türkiyə, "Bursaspor", 2015), "Nuvo Stad de Bordo" (Fransa, "Bordo", 2015), MOİK Stadionu (Rusiya, MOİK, 2015), "Nyu Ferents Puşkaş Stadium" (Macarıstan, Budapeşt, 2018), "Al Vakra Stadium" (Qətər, 2022) da salınıb. 

Son xəbərlər

Orphus sistemi