Bakı Olimpiya Stadionu (BOS) da Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyası ilə bağlı #evdəqal aksiyasına qoşulub.
"Report"un məlumatına görə, arenanın üzərindəki işıqlandırmada "Evdə qal, sağlam qal" "Görünməyən qəhrəmanlar" şüarları əks olunub.
BOS rəsmi "Facebook" səhifəsindəki paylaşımda isə vətəndaşları evdə qalmağa, özlərinin və yaxınlarının sağlamlığını düşünməyə çağırıb.