Azərbaycan millisinin baş məşqçisi BOS-dakı Anım Günü tədbirində iştirak edib

Azərbaycan millisinin baş məşqçisi BOS-dakı Anım Günü tədbirində iştirak edib 27 sentyabr – Anım Günü ilə əlaqədar bir dəqiqəlik sükut zamanı Bakı Olimpiya Stadionunun (BOS) daxili monitor və reklam panellərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub
Futbol
189
27 Sentyabr , 2021 13:43
Azərbaycan millisinin baş məşqçisi BOS-dakı Anım Günü tədbirində iştirak edib

27 sentyabr - Anım Günü ilə əlaqədar bir dəqiqəlik sükut zamanı Bakı Olimpiya Stadionunun (BOS) daxili monitor və reklam panellərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

"Report"un məlumatına görə, BOS-un direktoru Cavid Qarayev başda olmaqla, stadion əməkdaşları, futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və hakimlər, cüdo yığmasının baş məşqçisi Mövlud Mirəliyev şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Qeyd edək ki, BOS-un fasadı gündüz saatları istisna olmaqla, 26 sentyabr saat 23:00-dan 28 sentyabr saat 04:00-dək hər zamankı rəngləri ilə deyil, məhz Azərbaycan Bayrağı kimi işıqlandırılacaq.

Bakı Olimpiya Stadionunun fasadı Vətən Müharibəsinin başladığı andan etibarən 44 gün ərzində Azərbaycan Bayrağı və “Qarabağ Azərbaycandır!” şüarı ilə işıqlandırlıb.

Son xəbərlər

Orphus sistemi