Bakı "İnter"inin futbolçusu Azərbaycan vətəndaşlığından imtina edir

Bakı "İnter"inin futbolçusu Azərbaycan vətəndaşlığından imtina edir Abdulla Abatsiyev Rusiya çempionatında oynayacaq
Futbol
22 Dekabr , 2015 18:01
Bakı İnterinin futbolçusu Azərbaycan vətəndaşlığından imtina edir

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakının "İnter" komandasının futbolçusu Abdulla Abatsiyev Azərbaycan vətəndaşlığından imtina qərarına gəlib. Bu barədə "Report"a klubun baş məşqçisi Zaur Svanadze məlumat verib.

Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi yenidən Rusiya vətəndaşlığını qəbul etmək niyyətindədir. Svanadze bildirib ki, Abatsiyev qonşu ölkə çempionatında oynaya bilməkdən ötrü bu addımı atıb: "Rusiyada legionerlərin oynamasında ciddi məhdudiyyətlər var. Əsas heyətə düşməkdə çətinlik çəkməməkdən ötrü Abatsiyev vətəndaşlığını dəyişmək qərarına gəlib. Amma keçəcəyi klubun adını bilmirik".

Qeyd edək ki, Abdulla Abatsiyev Şimali Osetiyanın paytaxtı Vladiqafqazda doğulub. O, Azərbaycana 2011-ci ildə gəlib. Abatsiyev bir il "Sumqayıt"da çıxış etdikdən sonra "İnter"ə keçib. 2013-cü ildən etibarən gənc futbolçu Azərbaycanın 21 yaşadək və əsas yığmalarına cəlb olunub.      

Son xəbərlər

Orphus sistemi