BOS-un direktoru: "Bakı AVRO-2020-dən imtina etməyəcək"

BOS-un direktoru: "Bakı AVRO-2020-dən imtina etməyəcək" Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev koronavirus pandemiyasına görə AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayının azaldılacağı ilə bağlı iddialara münasibət bildirib.
Futbol
646
11 Aprel , 2020 12:39
BOS-un direktoru: Bakı AVRO-2020-dən imtina etməyəcək
Cavid Qarayev / Report

Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev koronavirus pandemiyasına görə AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayının azaldılacağı ilə bağlı iddialara münasibət bildirib.

C.Qarayev "Report"a açıqlamasında deyib ki, hazırda planda Bakının namizədliyinin geri götürülmə məsələsi yoxdur. 

"Əslində bu məsələ AFFA rəhbərliyi ilə detallı müzakirə olunmayıb. Çünki planda hər hansı dəyişiklik yoxdur. UEFA ilə müntəzəm əlaqədəyik. Onlarda da bu yöndə söhbətimiz olmayıb. Bakı şəhəri AVRO-2020-dən imtina etməyəcək", - o vurğulayıb.

BOS-un direktoru 12 şəhərdən bəzilərinin oyunları keçirməkdən imtina etmək istədiyinə dair xəbərlərə isə belə münasibət bildirib: "Burada söhbətin hansı şəhərlərdən getdiyindən ətraflı məlumatım yoxdur. Bu, sadəcə danışıqdır. Konkret qərar hələ verilməyib".

Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.

Son xəbərlər

Orphus sistemi