Azərbaycan çempionatının oyununda faşizm üzərində Qələbə Günü qeyd olundu

Futbol
  • 09 may, 2021
  • 16:14
Azərbaycan çempionatının oyununda faşizm üzərində Qələbə Günü qeyd olundu

Azərbaycan Premyer Liqasının XXVI turunda üz-üzə gələn "Sabah" və "Qarabağ" komandaları oyundan öncə İkinci Dünya müharibəsində Qələbənin 76 illiyini qeyd ediblər.

"Report"un məlumatına görə, Ağdam və Masazır təmsilçiləri meydana üzərində "9 May - Babalarımızın zəfər mirası" sözləri yazılmış xüsusi bannerlə çıxıblar.

Qeyd edək ki, görüş "Bank Respublika Arena"da keçirilir.