Azərbaycanlı jurnalist: "Messinin "Qızıl top"u qazanması üçün əla təbliğat aparıldı"

Azərbaycanlı jurnalist: "Messinin "Qızıl top"u qazanması üçün əla təbliğat aparıldı" "Əslində Messinin bu dəfə də "Qızıl top"u qazanması mənim üçün təəccüblü olmadı. Çünki argentinalının yayda milli komanda ilə Amerika Kubokunu qazanmasından sonra onun bu mükafata əsas namizəd olması ilə bağlı əla təbliğat aparıldı və bunu edənlər yekund
Futbol
387
30 Noyabr , 2021 19:22
Azərbaycanlı jurnalist: Messinin Qızıl topu qazanması üçün əla təbliğat aparıldı

"Əslində Messinin bu dəfə də "Qızıl top"u qazanması mənim üçün təəccüblü olmadı. Çünki argentinalının yayda milli komanda ilə Amerika Kubokunu qazanmasından sonra onun bu mükafata əsas namizəd olması ilə bağlı əla təbliğat aparıldı və bunu edənlər yekunda istəklərinə nail oldular".

Bu fikirləri "Report"a açıqlamasında "CBC Sport" telekanalının əməkdaşı Rasim Mövsümzadə Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin "France Football" nəşrinin təsis etdiyi "Qızıl top"a layiq görülməsi barədə danışarkən deyib.

Mükafatla bağlı sorğuda iştirak etmiş tanınmış jurnalist bildirib ki, bir müddət öncə Polşa mətbuatı sorğu iştirakçılarının kimləri “Qızıl top”a əsas namizəd görmələrilə bağlı fikirlərini öyrənəndə də 34 yaşlı hücumçuya aşkar rəğbət hiss olunmuşdu.

Mövsümzadə sorğuda kimlərə səs verdiyini də açıqlayıb: "Məncə, Avropa çempionatı, hətta UEFA Çempionlar Liqası da hazırda səviyyəcə Cənubi Amerika çempionatından daha güclü yarışdır. O səbəbdən öz anketimdə ilk iki yerdə İngiltərənin “Çelsi” klubunun oyunçuları - fransalı N’Qolo Kante və italiyalı Avropa çempionu Jorjinyonun adlarını yazmışdım. Təbii ki, Robert Levandovski də ən yaxşı seçilsə idi, normal qarşılayardım. Çünki polşalı bu il beynəlxalq arenada Almaniya “Bavariya”sı və milli komanda ilə uğur qazanmasa da, oyunu və göstəriciləri ilə ən yüksək mükafatlara layiqdir".

"France Football" nəşri FIFA ilə də bu müsabiqəni keçirib. Həmin müsabiqədə milli komandaların baş məşqçi və kapitanlarının fikirləri də nəzərə alınıb. Mövsümzadə hesab edir ki, sorğuda jurnalistlərin iştirakı daha obyektivdir: "Məşqçi və futbolçulara gəlincə, hazırda çıxış edən yox, karyerasını başa vuranları da ekspert kimi sorğuda iştiraka dəvət etmək olar. Karyerasını davam etdirənlər isə fikirlərini sırf meydana kökləsələr, yaxşı olar".

Qeyd edək ki, Lionel Messi karyerasında 7-ci dəfə "Qızıl top" mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi