Azərbaycanlı hakim Ukrayna-Şimali İrlandiya matçını idarə edəcək

Azərbaycanlı hakim Ukrayna-Şimali İrlandiya matçını idarə edəcək Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.
Futbol
16 Noyabr , 2020 18:36
Azərbaycanlı hakim Ukrayna-Şimali İrlandiya matçını idarə edəcək
Rauf Cabbarov

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna-Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.

Cabbarova Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi