Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunları üçün 15 hakim sırasına daxil edilib.
Milli Karate Federasiyasından (AMKF) "Report"a verilən məlumata görə, azərbaycanlı beynəlxalq hakimin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi belə qərara gəlib.
Babayev AMKF Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, "Əməkdar məşqçi", eləcə də "Qaraqaplan" klubunun məşqçilərindən biridir. 198 üzv ölkəyə malik WKF onu 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçib.
Təcrübəli referi həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakı-2015 I Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.