Azərbaycanlı hakim oyun zamanı səhvə yol verdiyini etiraf edib

Azərbaycanlı hakim oyun zamanı səhvə yol verdiyini etiraf edib Azərbaycanlı futzal hakimi Azad Hüseynov Yüksək Liqanın XXIV turun EKOL – “Xəzər Cənub” matçında səhvə yol verdiyini etiraf edib.
Futbol
3 Aprel , 2019 13:59
Azərbaycanlı hakim oyun zamanı səhvə yol verdiyini etiraf edib

Azərbaycanlı futzal hakimi Azad Hüseynov Yüksək Liqanın XXIV turun EKOL – “Xəzər Cənub” matçında səhvə yol verdiyini etiraf edib. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, referi qarşılaşmanın 18-ci dəqiqəsində “Xəzər Cənub”un oyunçusu Hadı Rezvanı sarı vərəqə ilə cəzalandırıb və bunun futzalçının ikinci xəbardarlığı olduğunu əsas gətirərək Rezvanı meydandan qovub. 

Lakin qarşılaşmanın protokoluna baxdıqda futzalçının oyun ərzində iki sarı vərəqə almadığı müəyyən olunub. Hüseynov İntizam Komitəsinə raport yazaraq yanlışlığa yol verdiyini bildirib. Futzalçıya göstərilən qırmızı vərəqə isə İntizam Komitəsi tərəfindən ləğv olunub.

Son xəbərlər

Orphus sistemi