Azərbaycanlı hakim Belçika-İspaniya oyununa təyinat alıb

Azərbaycanlı hakim Belçika-İspaniya oyununa təyinat alıb Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanlı hakim Rza Məmmədov İngiltərədə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb.
Futbol
14 May , 2018 14:11
Azərbaycanlı hakim Belçika-İspaniya oyununa təyinat alıb
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanlı hakim Rza Məmmədov İngiltərədə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb.

"Report"un UEFA-nın saytına istinadən verdiyi məlumata görə, FİFA referisinin köməkçisi 1/4 final mərhələsində Belçika-İspaniya oyununda yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi irlandiyalı Rob Harvey olacaq.

Qeyd edək ki, Belçika-İspaniya matçı bu gün Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Avropa çempionatının final mərhələsinə mayın 20-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi