Azərbaycanlı futbolçunun koronavirus testinin nəticəsi açıqlandı

Azərbaycanlı futbolçunun koronavirus testinin nəticəsi açıqlandı Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın Ufa klubu koronavirus testindən keçib.
Futbol
119
19 May , 2020 11:34
Azərbaycanlı futbolçunun koronavirus testinin nəticəsi açıqlandı

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın "Ufa" klubu koronavirus testindən keçib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçular və texniki heyətlə yanaşı, klubun işçiləri də yoxlanılıb. Onların hamısının nəticəsi mənfi olub. 

Qeyd edək ki, daha əvvəl "Dinamo"nun üç oyunçusu, "Rubin"in yarımmüdafiəçisi Konstantin Pliyev, "Lokomotiv"in hücumçusu Cefferson Farfandan da koronavirus çıxıb. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. Azər Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.  

Son xəbərlər

Orphus sistemi