Azərbaycanlı futbolçunun komandası yenidən Premyer Liqada - RƏSMİ

Azərbaycanlı futbolçunun komandası yenidən Premyer Liqada - RƏSMİ Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi Ukrayna "Minay"ının Premyer Liqaya qayıdışı rəsmiləşib.
Futbol
14 İyul , 2021 16:05
Azərbaycanlı futbolçunun komandası yenidən Premyer Liqada - RƏSMİ
Rüstəm Əhmədzadə

Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" klubunun Ukrayna Premyer Liqasına qayıdışı rəsmiləşib.

"Report" liqanın rəsmi saytına istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsi komandanın elitaya buraxılmasına icazə verib.

"Minay" maliyyə problemləri səbəbindən çempionatda iştirakdan imtina edən "Olimpik"i əvəzləyib.

Qeyd edək ki, "Minay" ötən mövsüm sonuncu olduğu üçün Premyer Liqanı tərk etmişdi.

Son xəbərlər

Orphus sistemi