Azərbaycanlı futbolçunun komandası Premyer Liqaya yüksəldi

Azərbaycanlı futbolçunun komandası Premyer Liqaya yüksəldi Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Rusiya Milli Futbol Liqasında (FNL) 2019/2020 mövsümü ləğv olunub.
Futbol
15 May , 2020 15:37
Azərbaycanlı futbolçunun komandası Premyer Liqaya yüksəldi

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Rusiya Milli Futbol Liqasında (FNL) 2019/2020 mövsümü ləğv olunub.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, qərar Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

27 turdan sonra turnir cədvəlində 1-2-ci yerləri bölüşdürən "Rotor" və "Ximki" klubları Premyer Liqaya yüksəliblər.

Qeyd edək ki, "Simurq"un sabiq baş məşqçisi Sergey Yuranın rəhbərlik etdiyi "Ximki"də azərbaycanlı futbolçu Kamran Əliyev də çıxış edir. 22 yaşlı hücumçu 2018-ci ildə Azərbaycanın U-20 millisinə dəvət alıb və Makedoniya yığması ilə "Dalğa Arena"dakı yoldaşlıq oyununda (1:1) qol vurub.

Son xəbərlər

Orphus sistemi