Azərbaycanlı futbolçunun klubuna transfer qadağası qoyuldu

Azərbaycanlı futbolçunun klubuna transfer qadağası qoyuldu FIFA Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi Ukraynanın "Minay" komandasına transfer qadağası qoyub
Futbol
186
13 İyul , 2021 16:17
Azərbaycanlı futbolçunun klubuna transfer qadağası qoyuldu
Rüstəm Əhmədzadə

FIFA Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi Ukraynanın "Minay" komandasına transfer qadağası qoyub.

"Report" "Sport Arena" nəşrinə istinadən xəbər verir ki, buna xorvatiyalı müdafiəçi Mislav Matiçin həmrəylik ödənişi üçün təzminat mübahisəsi səbəb olub. 21 yaşlı oyunçu ötən mövsüm bu komandanın formasını geyinib.

Qarar qarşıdakı 3 transfer pəncərəsini əhatə edəcək. Klub bu müddətdə heyətinə yeni futbolçu qata bilməyəcək.

Qeyd edək ki, Azərbaycan millisinin digər hücumçusu Anatoli Nuriyev ötən mövsümün sonunda "Minay"dan ayrılıb.

Son xəbərlər

Orphus sistemi