Yunanıstan klubu azərbaycanlı futbolçu ilə anlaşdığını açıqlayıb

Yunanıstan klubu azərbaycanlı futbolçu ilə anlaşdığını açıqlayıb "Səbail"in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirəcək
Futbol
7 Yanvar , 2022 14:46
Yunanıstan klubu azərbaycanlı futbolçu ilə anlaşdığını açıqlayıb

Yunanıstanın "Olimpiakos Volos" klubu "Səbail"in futbolçusu Turan Manafovun transferi ilə bağlı açıqlama yayıb.

"Report" xəbər verir ki, Volos təmsilçisi 24 yaşlı cinah müdafiəçi ilə razılıq əldə olunduğunu və onun yaxın günlərdə Yunansıtana gələcəyini bildirib.

Qeyd olunub ki, Manafov tibbi müayinədən uğurla keçəcəyi halda, futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

09:36

"Səbail"in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirəcək.

"Report" yerli "Sportstonoto" nəşrinə istinadən xəbər verir ki, "Olimpiakos Volos" 24 yaşlı cinah müdafiəçisini heyətinə qatıb.

Manafovun bu günlərdə Volos şəhərində olması gözlənilir. O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edib. 2-ci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi